Avropa Liqasının 1/8 finalında  bu gün keçirilməli olan "Sevilya" - "Roma" və "İnter" - "Xetafe" oyunları təxirə salınıb.

Bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb.  Xatırladaq ki, “Xetafe” prezidenti koronavirusun tüğyan etdiyi  Milan şəhərinə yollanmaq istəmədiklərini söyləmişdisə, “Roma” klubunu aparan  təyyarənin isə   İspaniyada qəbul olunmayacağı ilə bağlı məlumat yayılmışdı.

Belə vəziyyətdə UEFA məsələyə müdaxilə edərək oyunları qeyri-müəyyən müddətə təxirə salmağı qərara alıb.